Bakı. Trend:
Aparılacaq təmir işləri ilə əlaqədar Bakı şəhərinin üç ünvanında nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Suraxanı rayonu, Günəşli qəsəbəsinin Mürsəl Kazımlı küçəsi avqustun 21-i saat 19:00-dan, Səbail rayonunun Gülüstan küçəsi, Gülüstan Sarayına gedən yol və Əlibəyov qardaşları küçəsi isə avqustun 22-si saat 09:00-dan müvəqqəti bağlanacaq.
"Məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq. Sürücülərdən qeyd olunan müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur", - deyə məlumatda qeyd edilib.