Bakı. Trend:
Lənkəran rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə avqustun 18-də baş verib.
Belə ki, rayonun Diryan kənd sakini, 1965-ci il təvəllüdlü İntiqam Ağarza oğlu Nuriyev idarə etdiyi “Chevrolet Niva” markalı avtomobillə Lənkəran şəhərindən Diryan kəndi istiqamətində hərəkətdə olarkən qəzaya düşüb.
Diryan kəndi ərazisində torpaq yolda sürücü idarəetməni itirib və avtomobil dərəyə aşıb.
İntiqam Nuriyev aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma davam etdirilir.