Bakı. Trend:
“QHT işi”ndə ittiham edilən iqtisadçı Qalib Bayramovun cinayət işi üzrə məhkəmə prosesi baş tutub.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə prokuror çıxış edib.
Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 3 il vəzifə tutmaq hüququndan məhrum edilməsini, 5 il sınaq müddəti olmaqla 9 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasını təklif edib.
Növbəti proses 9 sentyabrda davam edəcək.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 193-1.3.2-ci ( Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə ), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli edilib.