Bakı. Trend:
Avqustun 17-dən 18-nə keçən gecə Rusiyanın paytaxtı və Moskva vilayəti istiqamətində azı 620 pilotsuz uçuş aparatı buraxılıb.
Bu barədə bu səhər Moskva meri Sergey Sobyanin məlumat verib.
Sobyaninin Teleqram-da yaydığı məlumata görə, həmin PUA-lardan 180-i bazar ertəsi axşamından çərşənbə axşamı saat 05:00-dək Moskva vilayətində məhv edilib.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyov isə hücum nəticəsində üç nəfərin yaralandığını açıqlayıb.
O bildirib ki, hücum zamanı Rusiyanın iri elektron ticarət şirkəti "Wildberries"ə məxsus anbarlardan biri pilotsuz uçuş aparatı ilə vurulub.