Bakı. Trend:
Hörmüz boğazından çıxış istiqamətində hərəkət edən ticarət gəmisi "naməlum mərmi" ilə vurulub.
Bu barədə Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Agentliyi məlumat verib.
Zərbə nəticəsində gəminin mühərrik bölməsi zədələnib, ekipaj üzvlərindən biri həlak olub. Digər dənizçilər isə Oman sahil mühafizə xidməti tərəfindən təhlükəsiz yerə təxliyə edilərək yardım alıblar.
Böyük Britaniyanın Kral Hərbi Dəniz Qüvvələrinə bağlı fəaliyyət göstərən Dəniz Ticarəti Əməliyyatları Agentliyi gəminin adını, bayrağını və atəşin haradan açıldığını açıqlamayıb.
Hadisə ilə bağlı hələlik heç bir tərəf məsuliyyəti üzərinə götürməyib.