Bakı.Trend:
Hindistanın Benqa ştatının Tarapit şəhərində fəaliyyət göstərən hotellərdən birində baş verən güclü yanğın nəticəsində azı yeddi nəfər ölüb.
“Xinhua” agentliyinin məlumatına görə, yanğın bazar ertəsi gecə saatlarında dördmərtəbəli hotelin birinci mərtəbəsində meydana gəlib.
Alov qısa müddətdə yuxarı mərtəbələrə yayılıb . Mehmanxananın yeddi sakini yanma nəticəsində yaranan zəhərli maddələrdən zəhərlənərək ölüb, bir neçə nəfər isə xəsarət alıb.
Polis hadisənin başvermə səbəblərini araşdırır. İlkin məlumata görə, yanğın binanın elektrik naqillərində qısaqapanma nəticəsində baş verə bilər.