Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Şimali Koreyaya "düşmən mesajı" verdiyini əsas gətirərək Pentaqon rəhbəri Pit Heqsetə Cənubi Koreya ilə keçirilən birgə hərbi təlimlərin miqyasını azaltmağı tapşırıb.
Bu barədə D. Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
Tramp Şimali Koreya lideri Kim Çen Inla "çox yaxşı münasibətlərinin" olduğunu xatırladaraq bildirib ki, ABŞ-nin uzun illərdir Cənubi Koreya ilə birgə hərbi təlimlərdə iştirak etməsindən narazıdır.
"Bu təlimlər təkcə baha başa gəlmir, üstəlik xərclərin böyük hissəsini, həmişə olduğu kimi, ABŞ qarşılayır. Onlar həm də Donald Trampın prezidentliyi dövründə təhlükə yaratmayan və hörmət nümayiş etdirən bir ölkəyə tamamilə yersiz və düşmən mesajı göndərir", – deyə o yazıb.
ABŞ Prezidenti əlavə edib ki, təlimlərin ləğvi üçün artıq gec olduğuna görə müdafiə naziri Pit Heqsetə onların miqyasını əhəmiyyətli dərəcədə azaltmaq barədə göstəriş verib.