Bakı. Trend:
“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti “POS-transaction” platforması və əlaqəli informasiya sistemləri üzrə proqram təminatının texniki müşayiəti, istismar dəstəyi və funksional təkmilləşdirilməsi xidmətlərinin satın alınması üzrə tender elan edib.
Prosedurda iştirak haqqı 600 manatdır.
Tenderdə iştirak etmək istəyənlər öz təkliflərini 14 sentyabr 2026-cı il saat 17:30-dan gec olmayaraq (GMT+4) təqdim etməlidirlər. Tender paketlərinin açılışı 14 sentyabr 2026-cı il saat 17:30-da (GMT+4) baş tutacaq.
Əlavə məlumat üçün telefon: (+994) 12 403 87 38
Əlaqədar şəxs: Səadət Əbdüləzimova
Email: [email protected]
Ünvan: AZ1095, Bakı şəhəri, Səbail rayonu, Ü. Hacıbəyli küçəsi 82