Bakı.Trend:
Ötən həftə (10-14 avqust) “Azeri Light” (CIF), “Azeri Light” (FOB Ceyhan), “Dated Brent” və “Urals” markalı neftin orta qiymətləri artıb.
Trend-in neft bazarı iştirakçılarının məlumatları əsasında apardığı hesablamalara görə, Azərbaycanda "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən “Azeri Light” (CIF) markalı neftin orta qiyməti əvvəlki həftə (3-7 avqust) ilə müqayisədə 1.2 ABŞ dolları və ya 1.28 faiz artaraq 94.55 ABŞ dolları təşkil edib.
Məlumata əsasən, həftə ərzində (10-14 avqust) bu markalı xam neftin maksimal qiyməti bir barel üçün 95.57 ABŞ dolları, minimal qiyməti isə 92.55 ABŞ dolları olub.
Türkiyənin Ceyhan limanında FOB Azeri Light markalı neftin orta qiyməti bir barel üçün 91.62 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki həftənin (3-7 avqust) göstəricisindən 1.31 ABŞ dolları və ya 1.45 faiz çoxdur. Həftə ərzində (10-14 avqust) ən yüksək qiymət bir barel üçün 92.75 ABŞ dolları, ən aşağı qiymət isə 89.36 ABŞ dolları olub.
“Urals” markalı neftin orta qiyməti əvvəlki həftə (3-7 avqust) ilə müqayisədə 5.17 ABŞ dolları və ya 8.76 faiz artaraq bir barel üçün 64.18 ABŞ dolları təşkil edib. Həftə ərzində (10-14 avqust) maksimal qiymət 65.04 ABŞ dolları, minimal qiymət isə 63.48 ABŞ dolları olub.
“Dated Brent” markalı neftin orta qiyməti bir barel üçün 92.72 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki həftə (3-7 avqust) ilə müqayisədə 4.83 ABŞ dolları və ya 5.49 faiz çoxdur. Həftə ərzində (10-14 avqust) bir barel üçün maksimal qiymət 93.56 ABŞ dolları, minimal qiymət isə 91.92 ABŞ dolları olub.
Neft/Tarix
10.08.2026
11.08.2026
12.08.2026
13.08.2026
14.08.2026
Orta qiymət
Azeri LT CIF
$95.16
$95.57
$95.50
$93.97
$92.55
$94.55
Azeri Light FOB Ceyhan
$92.32
$92.75
$92.69
$91.00
$89.36
$91.62
Urals (EX NOVO)
$63.53
$64.83
$65.04
$64.03
$63.48
$64.18
Dated Brent
$91.92
$93.33
$93.56
$92.73
$92.06
$92.72