Bakı.Trend:
Norveçli hücumçu Erlinq Holann “Ginnesin Dünya Rekordları” kitabına düşüb.
Bu barədə “Guinness World Records” saytında məlumat dərc olunub.
Futbolçu karyerasında nümayiş etdirdiyi yüksək bombardirlik göstəricilərinə görə “Ginnesin Dünya Rekordları” kitabının dörd sertifikatını əldə edib. Norveçli futbolçu İngiltərə Premyer Liqasında (APL) bir mövsümdə ən çox qol vurmaq üzrə rekord müəyyənləşdirib – 2022/2023 mövsümündə 36 qol.
O, həmçinin APL-də 100 qola ən qısa zamanda nail olan futbolçu olub – bunun üçün ona cəmi 111 oyun lazım gəlib.
Holand UEFA Millətlər Liqası tarixinin ən yaxşı bombardiri kimi tanınıb – Norveç millisinin heyətində 19 qol vurub. Bundan əlavə, o, 2022/2023 mövsümündə Çempionlar Liqasının bir oyununda “RB Leypsiq”in qapısına beş qol vuraraq bir matçda ən çox qol vurmaq rekordunu təkrarlayıb.
Daha əvvəl məlum olub ki, Holann 2026-cı il dünya çempionatının yekunlarına əsasən dünyanın ən bahalı üç futbolçusundan biri olub. Onun təxmini bazar dəyəri 220 milyon avro təşkil edir.