Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
"Hazırda vətəndaş - 2005-ci il təvəllüdlü Abdullayev Təhməz Natiq oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Əlavə məlumat veriləcək".
xxx
18:59
Mingəçevir şəhərində çimərlikdə 21 yaşlı gənc batıb
Trend-in əldə etdiyi məlumata görə, bu gün saat 16:00 radələrində Gədəbəy rayon sakini, 21 yaşlı Təhməz Abdullayev Mingəçevir şəhər çimərliyində batıb.
Hazırda onun axtarışları aparılır.