Bakı. Trend:
Türkiyənin "Fənərbağça" klubu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirib.
İstanbul təmsilçisi Avstriyada “Şturm”la üz-üzə gəlib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İstanbulda keçirilən ilk oyunda 2:0 hesablı qələbə qazanan Türkiyə təmsilçisi 2 görüşün nəticəsinə əsasən pley-off mərhələsinə vəsiqə qazanıb.