Bakı. Trend:
Avqustun 13-də Serbiyanın Loznitsa şəhərində 19 yaşadək boksçular arasında Avropa çempionatı start götürəcək. 9 gün davam edəcək yarışa Azərbaycan millisi 13 idmançı ilə qatılacaq.
Bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Bildirilib ki, məşqçilər korpusu U-19 Avropa çempionatında Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Baxışov (60 kq), Şahin Aslanov (65 kq), Rza Rzayev (70 kq), Adil Zalov (75 kq), Renat Qiyaslı (80 kq), Heydər Əzməmmədov (85 kq), Zaur Səmədov (90 kq), Səfdər Məmmədzadə (+90 kq), Banuçiçək Nəsirli (48 kq), Gülər Hüseynova (51 kq) və Əminə Tağıya (54 kq) şans verəcək.
"Yarışda Emil Qurbanəliyev və Asif Məmmədov hakimlər sırasında yer alacaqlar. Anar Babanlı isə referilərin işini qiymətləndirəcək", - deyə məlumatda qeyd olunub.