Bakı. Trend:
Finlandiyanın Oulu şəhəri ilə İsveçin Haparanda şəhəri arasında qatarlar 1988-ci ildən sonra ilk dəfə yenidən hərəkətə başlayacaq.
Bu barədə "Yle" televiziya və radio şirkəti məlumat yayıb.
Məlumata görə, qatar şəhərlər arasında gündə iki dəfə hərəkət edəcək. Bir istiqamətdə səfər təxminən 1 saat 40 dəqiqə davam edəcək. Finlandiya və İsveçdə qida və alkoqolun satışı və təqdim olunması ilə bağlı tələblərin fərqli olması səbəbindən qatarda restoran fəaliyyət göstərməyəcək.
Yle həmçinin yazır ki, 1917-ci il Oktyabr inqilabının lideri Vladimir Leninin də bu marşrutla əlaqəsi var. O, mühacirətdən qayıdarkən Haparanda ilə Tornio arasındakı keçiddən istifadə edib.