Bakı. Trend:
İran və Oman Hörmüz boğazı iliə əlaqədar anlaşmaya çox yaxındır.
Bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi bu gün İran Prezidenti Məsud Pezeşkianın jurnalistlərlə təşkil olunan mətbuat konfransında deyib.
“İran və Oman arasında Hörmüz boğazından keçid istiqamətinin təyin olunması ilə bağlı Hörmüz boğazının idarə olunması və hüquqi mexanizmi haqda müzakirələr davam edir və iki ölkə anlaşmaya çox yaxındır. Lakin Hörmüz boğazının açılması başqa şərtləri, o cümlədən İslamabad anlaşma memorandumunun ABŞ tərəfindən pozulması hallarının əvəzinin çıxılması ilə mümkündür”, - deyə o qeyd edib.
Əraqçi bildirib ki, əvvəllər Hörmüz boğazında Nəqliyyatın Ayrılması Sxemi (TSS) mövcud idi. Lakin İranın qənaətincə, gəmilərin keçidi üçün bu sxem artıq qəbuledilməzdir. Yeni Nəqliyyatın Ayrılması Sxemi nəzərdə tutulmalıdır. Əlbəttə bununla əlaqədar bir çox texniki və hüquqi mürəkkəblik mövcuddur.
“Texniki və hüquqi mürəkkəblik nəzərə alınaraq hazırda müvəqqəti marşrut haqda danışıqlar aparılır. Əsas marşrutun əsası olaraq yeni müvəqqəti marşrut nəzərdə tutulacaq. Bu haqda İran və Omanın hərbi və dəniz qüvvələri arasında mövcud xəritələrə əsasən müzakirələr aparılıb. Bu müzakirələr nəticəyə çatdıqda yeni marşrut müəyyənləşəcək”, - deyə o qeyd edib.
İranlı nazir bildirib ki, İran və ABŞ arasında İslamabad anlaşma memorandumunun 5-ci bəndi İran tərəfindən yerinə yetirilməkdə idi. Bir ay ərzində Hörmüz boğazında vəziyyətin normallaşması qərara alınmışdı. İki həftə ərzində gəmilərin keçidi 60%-ə qədər normallaşmışdı. Lakin ABŞ tərəfi Hörmüz boğazında yeni marşrutlar yaratmaq niyyətində idi. İran tərəfinin xəbərdarlığına baxmayaraq, qarşı tərəf Hörmüz boğazının idarəçiliyinə zərbə vurmağa çalışdı. Buna əsasən anlaşma memorandumunun İran tərəfindən pozulması qəbuledilməzdir.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. İran tərəfi hazırda Hörmüz boğazının bağlandığını bildirir.