Bakı.Trend:
ABŞ-nin Alyaksa ştatında 5,6 maqnitudalı zəlzələ baş verib.
Bu barədə ABŞ-nin Geoloji Tədqiqatlar Xidməti (USGS) məlumat yayıb.
Xidmətin seysmoloqlarının bildirdiyinə görə, zəlzələ UTC vaxtı ilə saat 04:50-də (Bakı vaxtı ilə 08:50-də) baş verib. Yeraltı təkanların episentri Skuentna yaşayış məntəqəsindən 54 kilometr məsafədə yerləşib. Zəlzələnin yeraltı ocağı 5 kilometr dərinlikdə olub.
Zəlzələ nəticəsində zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb.