Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski ilk dəfə Serbiyaya səfər edib. Səfər çərçivəsində onun Serbiya Prezidenti Aleksandar Vuçiçlə görüşü nəzərdə tutulub.
Zelenskinin gəlişini əks etdirən görüntüləri Ukraynanın TSN agentliyi yayıb. Gözlənilir ki, tərəflər iqtisadi və enerji sahələrində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.