Bakı.Trend:
2026-cı ilin əvvəlindən etibarən kriptoinvestorlara edilən hücumlar nəticəsində onlardan 30 milyon dollara yaxın vəsait oğurlanıb.
Bu barədə “Chainalysis” analitik şirkəti yazır.
Məqalədə qeyd olunur ki, kriptovalyuta istifadəçilərinə qarşı fiziki hücumların sayının artması onların şəxsi məlumatlarının komprometasiya olunması ilə əlaqəli ola bilər. Üstəlik, ilin sonunadək oğurlanan vəsaitin həcmi 2025-ci ildə qeydə alınmış rekordu da üstələyə bilər.
“Chainalysis” analitik şirkətinin hesabatına əsasən, 2026-cı ilin əvvəlindən bəri kriptovalyuta oğurlamaq məqsədilə həyata keçirilən fiziki hücumların qurbanları 30 milyon ABŞ dollarından çox vəsait itiriblər. Mütəxəssislərin fikrincə, mövcud tendensiya davam edərsə, cari il bu cür insidentlərin sayına görə tarixdə ən pis il ola bilər. Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə bu göstərici rekord həddə olub – 58 milyon dollar.
Qeyd edək ki, “Chainalysis” dövlət qurumları və hüquq-mühafizə orqanlarını blokçeyn əməliyyatlarının izlənməsi üçün alətlərlə təmin edən analitik şirkətdir. Şirkət eyni zamanda kriptobirjalara cinayətkarların istifadə etdiyi kriptocüzdanların müəyyən edilməsində köməklik göstərir.