Bakı. Trend:
4-6 avqust tarixlərində Bakı Olimpiya İdman Kompleksində keçirilən bədii gimnastika üzrə 31-ci ölkə çempionatı yekunlaşıb.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, yarışın son günündə yeniyetmələr (2013-cü il təvəllüdlülər) və gənclər (2011–2012-ci il təvəllüdlülər) arasında fərdi proqram üzrə halqa, top, gürzlər və lent alətlərində final çıxışları keçirilib.
Final yarışlarının nəticələrinə əsasən qaliblər və mükafatçılar müəyyənləşib.
YeniyetmələrHalqa
Qızıl medal – Amina Novruzova (BGM) Gümüş medal – Sara Atakişiyeva (OCAQ) Bürünc medal – Güllüzar Şərifova (OCAQ)Top
Qızıl medal – Amina Novruzova (BGM) Gümüş medal – Güllüzar Şərifova (OCAQ) Bürünc medal – Sara Atakişiyeva (OCAQ)Gürzlər
Qızıl medal – Güllüzar Şərifova (OCAQ) Gümüş medal – Mədinə Ağaverdiyeva (OCAQ) Bürünc medal – Amina Novruzova (BGM)Lent
Qızıl medal – Güllüzar Şərifova (OCAQ) Gümüş medal – Amina Novruzova (BGM) Bürünc medal – Mədinə Ağaverdiyeva (OCAQ) GənclərHalqa
Qızıl medal – Nur Sadıqova (RKİM) Gümüş medal – Məryəm Baloğlanova (OCAQ) Bürünc medal – Nuray Muradlı (ZİRƏ)Top
Qızıl medal – Nur Sadıqova (RKİM) Gümüş medal – Nuray Muradlı (ZİRƏ) Bürünc medal – Gülnur Məmmədli (OCAQ)Gürzlər
Qızıl medal – Nur Sadıqova (RKİM) Gümüş medal – Nuray Muradlı (ZİRƏ) Bürünc medal – Məryəm Baloğlanova (OCAQ)Lent
Qızıl medal – Leyla Nemakina (OCAQ) Gümüş medal – Gülnur Məmmədli (OCAQ) Bürünc medal – Məryəm Baloğlanova (OCAQ)Üç gün davam edən çempionat ərzində gimnastlar fərdi çoxnövçülük və ayrı-ayrı alətlər üzrə bacarıqlarını nümayiş etdiriblər. Final günündə ən güclü gimnastlar medallar uğrunda mübarizə apararaq ölkə çempionatını uğurla başa vurublar.
Yarışın sonunda qaliblər diplom və medalla təltif olunublar. Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı gənc idmançıların hazırlıq səviyyəsinin qiymətləndirilməsi və gələcək yarışlara hazırlıq baxımından əhəmiyyətli mərhələ olub.
Foto: Arif Quluzadə
















