Bakı. Trend:
Tailandın Nontaburi əyalətində məktəbdə baş verən atışma nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.
TASS-ın məlumatına görə, hücuma məruz qalan 3 müəllim və 4 şagird həlak olub.
Yaralanan 15 nəfər xəstəxanalara yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağırdır.
xxx 08:41
Tailandın paytaxtı Banqkokun şimalında yerləşən Nontaburi əyalətində məktəb ərazisində baş verən atışma nəticəsində 2 nəfər həlak olub, daha 20-dən çox insan yaralanıb.
Bu barədə "Khaosod" qəzeti məlumat yayıb.
İlkin məlumata görə, hadisə nəticəsində həlak olanlar iki müəllimdir. Yaralananlardan üçünün vəziyyəti ağır qiymətləndirilir.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım xidmətləri hadisə yerində işləyirlər. Yerli sakinlərə insidentin baş verdiyi əraziyə getməmələri tövsiyə olunub.