Bakı. Trend:
Rusiyanın Tuva Respublikasında 4,1 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı məlumat yayıb.
Operativ məlumatlara əsasən, cümə axşamı Moskva vaxtı ilə saat 22:49-da (yerli vaxtla cümə günü saat 02:49-da) qeydə alınan zəlzələnin episentri Qızıl şəhərindən təxminən 291 kilometr cənub-qərbdə, Monqolustan sərhədindən təxminən 4 kilometr məsafədə yerləşib.
Zəlzələnin episentrində təkanların intensivliyi MSK-64 şkalası üzrə 5 bal təşkil edib.
Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Tuva Respublikası üzrə Baş İdarəsinin məlumatına görə, zəlzələnin episentri Övür rayonunun ərazisində, Saqlı kəndindən 30 kilometr qərbdə yerləşib.