Bakı. Trend:
Pakistanın təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbində yerləşən Bəlucistan əyalətində 12 terrorçunu zərərsizləşdirib.
Bu barədə Pakistan Silahlı Qüvvələrinin İctimaiyyətlə Əlaqələr üzrə İdarələrarası Xidməti məlumat yayıb.
Məlumata görə, "Fitna əl-Hindustan" qruplaşmasına qarşı antiterror əməliyyatları avqustun 5 və 6-da əvvəlcədən əldə edilmiş kəşfiyyat məlumatları əsasında Vaşuk və Mastunq rayonlarında həyata keçirilib.
Pakistan və Hindistan arasında gərginliyin artması fonunda İslam Respublikasının hakimiyyəti ölkədə fəaliyyət göstərən terror təşkilatlarının əksəriyyətini rəsmi səviyyədə Hindistanın proksi qüvvələri kimi qiymətləndirməyə başlayıb və onlara ümumi olaraq "Fitna əl-Hindustan" adı verib.