Bakı. Trend:
Azərbaycan boks millisi Türkmənistanla birgə Avropa çempionatına hazırlaşır.
Bu barədə Azərbaycan Boks Federasiyasının rəsmi internet saytında dərc olunan məlumatda qeyd edilib.
Bildirilib ki, kişi boksçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışının növbəti mərhələsinə start verib:
"Hazırlıqlar baş məşqçi Ravşan Xocayevin rəhbərliyi altında Almaniyadan sonra Bakıda davam etdirilir".
"Bakı Boks Mərkəzində təşkil olunan toplanışda yığmamızla yanaşı, Türkmənistan millisi də iştirak edir. Birgə məşqlər avqustun 22-də yekunlaşacaq. Toplanış Bolqarıstanda keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır", - deyə məlumatda qeyd edilib.