"Əməkdar artist Aygün Bəylərin ev-muzeyinə ehtiyac yoxdur".
Metbuat.az xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev "Xəzər axşamı" verilişində deyib. O, bunun səbəbini isə belə izah edib:
"Məncə Aygün həmişə insanların ürəyində qalacaq. Çünki qeyri-adi müğənni idi. Onun imkanları indiki müğənnilərin heç birində yoxdur. Yası zamanı xalqın ona olan münasibəti sosial şəbəkələrdən hiss olunurdu. Bilinirdi ki, əsl xalqın artistidir. Xalqın artisti olan da heç vaxt unudulmaz.
Muzey kəlməsində köhnəlik əlaməti var. Oraya da gördüyümüz əşyaları qoyulacaq. Mən onun evini muzey kimi görmürəm. Amma hesab edirəm ki, onun yaradacılığını təbliğ etmək lazımdır. Mahnılarını səsləndirmək, videolarını, fotolarını davamlı şəkildə nəşr etmək lazımdır. Çünki tarixdə o qalacaq".