Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə 4 avqust 2026-cı il tarixində Mingəçevir şəhəri, Qarabağ suvarma kanalında 1 nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə nazirliyin rəsmi internet saytında məlumat dərc edilib.
Bildirilib ki, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
"Hazırda vətəndaş - 2012-ci il təvəllüdlü Şərifzadə Nicat Yalçın oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Əlavə məlumat veriləcək", - deyə məlumatda qeyd edilib.