Bakı.Trend:
Slovakiyada metreoloji müşahidələrin aparılmağa başladığı son 100 il ərzində ən isti gecə qeydə alınıb.
“Slovakiya Radiosu”nun məlumatına görə, bu barədə Slovakiyanın Hidrometeorologiya İnstitutu açıqlama verib.
Belə ki, Qərbi Slovakiyanın Zahori bölgəsində ötən gecə temperatur 27,5 dərəcədən aşağı düşməyib Bu, gecə saatları üçün rekord dərəcədə yüksək göstəricidir.
Radionun yaydığı məlumata görə, respublikanın əksər ərazilərində meteoroloqlar tropik iqlimə xas olan, lakin Mərkəzi Avropa üçün xarakteri olmayan 20 dərəcədən yuxarı anomal gecə temperaturu qeydə alıblar.
Slovakiya ilə qonşu ölkələrdən də havanın həddindən artıq isti olması ilə bağlı məlumatlar daxil olur. Çexiya, Avstriya və Macarıstanda gecə saatlarında havanın temperaturu 20 dərəcədən yüksək olub.