Bakı.Trend:
ABŞ-nin Nyu-York şəhərində metroda gecə saatlarında texniki qatarda baş vermiş yanğın nəticəsində 12 nəfər tüstüdən zəhərlənib.
Bu barədə ABC telekanalı məlumat yayıb.
Bildirilib ki, yanğın nəticəsində İst-Villicdə yerləşən "Astor Place" stansiyası güclü tüstüyə bürünüb və bununla əlaqədar qatarların hərəkəti dayandırılıb. Nyu-York Yanğınsöndürmə Departamentinin rəis müavini Tom Kurraonun sözlərinə görə, zərərçəkənlər arasında Nəqliyyat İdarəsinin yeddi əməkdaşı və beş yanğınsöndürən var. Onların hamısı tüstüdən zəhərlənib.
Telekanalın məlumatına görə, nəqliyyat xidmətləri səhər saatlarınadək relsləri təmizləyərək qatarların hərəkətini bərpa etməyi planlaşdırırdı.