Bakı.Trend:
İspaniyanın muxtar Seuta şəhərinə kütləvi miqrant axını zamanı azı 75 nəfər həlak olub.
Bu barədə “El Pais” qəzeti məlumat yayıb.
Bundan əvvəl ölkə hakimiyyəti 72 nəfərin öldüyünü bildirmişdi.
İyulun sonunda on minlərlə qeyri-qanuni miqrant üzərək, eləcə də şəhəri Mərakeşdən ayıran dalğaqıranı piyada keçərək muxtar şəhərə daxil olmağa nail olub.
Böhran fonunda İspaniya hakimiyyəti şəhərdə təhlükəsizliyin təmin edilməsinə kömək etmək üçün hərbçiləri cəlb etmək qərarına gəlib.
Bildirilir ki, miqrantların böyük əksəriyyəti artıq Mərakeşə geri qayıdıb.