Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 15 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.
Bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
"Hazırda vətəndaş - 2011-ci il təvəllüdlü Əlihəsənov Həsən Asif oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Əlavə məlumat veriləcək", - deyə qeyd olunub.