Bakı.Trend:
Bu gün saat 16:00 radələrində Şəki-Qax-Zaqatala avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində “Mercedes” və “Niva” markalı minik avtomobillərinin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, qəza nəticəsində “Mercedes” avtomobilinin sərnişini, 60 yaşlı Tacəddin Əhmədov hadisə yerində vəfat edib.
Qəza zamanı “Mercedes”in sürücüsü, 44 yaşlı Xəyal Həşimov, “Niva”nın sürücüsü, 66 yaşlı Novruz Mənəfov, eləcə də “Mercedes”də olan digər sərnişin, 52 yaşlı Zaur Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı cinayət işi başlanılıb, hadisənin başvermə səbəbləri araşdırılır.