Bakı. Trend:
Türkiyənin "Fənərbağça" klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununu keçirib.
İstanbul təmsilçisi Polşada "Qurnik”lə üz-üzə gəlib. “Zabje Arenası”nda reallaşan görüşdə heç-heçə qeydə alınıb.
İstanbulda keçirilən ilk oyunda 1:0 hesablı qələbə qazanan Türkiyə təmsilçisi 2 görüşün nəticəsinə əsasən növbəti raunda vəsiqə qazanıb.
"Fənərbağça" III təsnifat mərhələsində “Şturm” (Avstriya) klubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, növbəti raundun ilk matçları avqustun 4-5-də, cavab görüşləri isə avqustun 11-də təşkil olunacaq.