Bakı.Trend:
Sabah Abşeron rayonunun bir hissəsində təmir-quraşdırma işləri ilə əlaqədar qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, iyulun 30-da saat 08:00-dan etibarən işlər başa çatanadək Xırdalan şəhərinin bir hissəsinin, Atyalı, Qobu, Hökməli, Pirəküşkül, Müşfiqabad, 28 May, Saray və Ceyranbatan qəsəbələrinin, həmçinin Daş Güzdək, Aşağı Güzdək, Çaylı və Qobustan kəndlərinin qaz təchizatı dayandırılacaq.
Qeyd olunub ki, təmir-quraşdırma işləri başa çatdıqdan sonra həmin ərazilərin qaz təchizatı mərhələli şəkildə bərpa ediləcək.