Bakı. Trend:
İspaniya millisinin müdafiəçisi Mark Kukurelya yığmanın baş məşqçisi Luis de la Fuentenin şəklini sol qoluna döymə etdirib.
Futbolçu etdirdiyi döymənin fotosunu "Instagram" sosial şəbəkəsindəki səhifəsində paylaşıb.
O, İspaniya yığması 2026-cı il Dünya çempionatının qalibi olacağı təqdirdə baş məşqçinin şəklini döymə etdirəcəyinə söz vermişdi.
2026-cı il Dünya çempionatının finalında İspaniya millisi əlavə vaxtda Argentinaya 1:0 hesabı ilə qalib gələrək çempion olub. Kukurelya turnir ərzində İspaniya millisinin heyətində səkkiz oyunda meydana çıxıb və iki məhsuldar ötürmə ilə yadda qalıb. Müdafiəçi Dünya çempionatının rəmzi yığmasına da daxil edilib.
Bundan əlavə, 28 yaşlı futbolçu Dünya çempionatının gedişində Londunun "Çelsi" klubundan "Real Madrid"ə transfer olunub.