Bakı. Trend:
Bu gün Şərq vaxtı ilə saat 17:45-də İslam İnqilabı Keşikçiləri Korpusu Yaxın Şərqdə yerləşdirilmiş ABŞ qüvvələrinə qəfil hücum cəhdi məqsədilə İrandan bir neçə ballistik raket buraxıb.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat verib.
"İranın buraxdığı bütün raketlər uğurla zərərsizləşdirilib. ABŞ qüvvələri ayıq-sayıqlığını qoruyur və yüksək döyüş hazırlığı vəziyyətindədir", - deyə məlumatda bildirilib.