Bakı.Trend:
İordaniya hərbi hava qüvvələri ölkənin hava məkanını pozan növbəti pilotsuz uçuş aparatını zərərsizləşdirib.
Bu barədə “Petra” agentliyi krallığın SQ nümayəndələrinə istinadən məlumat yayıb.
Zərərsizləşdirilmiş dronun hər hansı dağıntılara səbəb olduğu barədə məlumat yoxdur.
Ötən gün İordaniya ordusu ölkə ərazisində olan strateji obyektlərə hədəflənmi iki başqa PUA-nı məhv etmişdi.