Bakı. Trend:
Boks üzrə keçmiş dünya çempionu Entoni Coşua növbəti döyüşünü keçirib.
Britaniyalı idmançı Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən boks gecəsinin əsas görüşündə Kristian Prenqa ilə üz-üzə gəlib.
Döyüş ikinci raundda başa çatıb. 36 yaşlı Coşua rəqibinə nokautla qalib gəlib. Britaniyalı idmançı ilk raundda 2 dəfə nokdaun vəziyyətinə düşüb.
Qeyd edək ki, Entoni Coşua peşəkar karyerası ərzində 29 qələbə qazanıb, 4 dəfə uduzub. Kristian Prenqanın isə 20 qələbəsi və 2 məğlubiyyəti var.