Bakı.Trend:
Fransa Prezidenti Emmanuel Makron ölkədə geniş vüsət alan meşə yanğınları fonunda "mülki təhlükəsizliyin gücləndirilməsi" məqsədilə silahlı qüvvələrin səfərbər edilməsinə göstəriş verib.
Bu barədə "BFM TV" telekanalı məlumat yayıb.
Bildirilib ki, Makron, həmçinin Fransanın Baş naziri Sebastyan Lekornuya idarələrarası böhran qərargahını aktivləşdirməyi tapşırıb.
Bundan əlavə, iyulun 24-nə keçən gecə Fransa Prezidenti Avropa Komissiyasına müraciət edərək ölkə üçün Avropa İttifaqının Mülki Müdafiə Mexanizminin işə salınmasını istəyib. “RescEU” donanmasına məxsus üç təyyarə və iki helikopter Fransanın cənub-qərbinə, əsasən Jirond departamentinə göndərilib. Yanğınların yayıldığı ərazilərin operativ xəritələşdirilməsi üçün Avropa İttifaqının Copernicus peyk xidməti də prosesə cəlb olunub.
"Le Figaro" qəzeti iyulun 24-də Avropa İttifaqının Effis peyk sisteminin məlumatlarına istinadən xəbər verib ki, iyulun ortalarınadək Fransada rekord həddə – 42 min hektar ərazi yanaraq məhv olub.
Ən iri meşə yanğınlarından biri Fransanın cənub-qərbində, Jirond departamentində baş verib. Burada artıq 20 minə yaxın sakin təxliyə olunub.