Bakı.Trend:
Rumıniyaya məxsus F-16 qırıcısı ölkənin hava məkanına daxil olmuş naməlum pilotsuz uçuş aparatını (PUA) vurub.
Bu barədə Rumıniya Prezidenti Nikuşor Dan "X" sosial şəbəkə platformasında məlumat verib.
“Bu gün səhər saat 11:00 radələrində Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısının pilotu ölkəmizin hava məkanını pozan pilotsuz uçuş aparatını məhv edib", – deyə dövlət başçısı yazıb.
Onun sözlərinə görə, hazırda hadisə ilə bağlı araşdırma aparılır