Bakı.Trend:
Kanada ABŞ ilə ticarət sazişi əldə olunmayacağı təqdirdə Vaşinqtonun yeni gömrük rüsumlarına qarşılıq verməyə hazırdır.
Bunu Kanadanın Baş naziri Mark Karni bildirib.
"Əgər razılaşma əldə olunmasa, cavab tədbirləri üçün bütün variantları nəzərdən keçirməyə hazırıq. Bu addımlar danışıqların nəticəsindən asılı olacaq. İndidən konkret cavab vermək düzgün olmazdı. Hesab edirəm ki, bu mərhələdə bu, əks nəticə verə bilər", – deyə Karni CTV News telekanalında yayımlanan çıxışı zamanı bildirib.
Xatırladaq ki, iyulun 21-də ABŞ Prezidenti Donald Tramp Kanadanın Amerika mallarına qarşı atdığı addımlara cavab olaraq Kanada məhsullarına əlavə 50 faizlik idxal rüsumları tətbiq edib. Bununla belə, enerji daşıyıcıları, kalium, dəniz məhsulları və zəruri minerallar bu rüsumlardan azad olunub. Yeni gömrük rüsumlarının avqustun 19-dan qüvvəyə minməsi gözlənilir.