Bakı.Trend:
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Hörmüz boğazında İranın zərbələri nəticəsində zərər çəkmiş gəmilərə dəyən ziyan ABŞ-də dondurulmuş İran aktivləri hesabına ödəniləcək.
Bu barədə Ağ Evin rəhbəri “Truth Social” sosial şəbəkəsində yazıb.
"Əlavə bildirişədək gəmilərə, yüklərə və ya onlarla əlaqəli hər hansı əmlaka dəyən bütün zərər ABŞ-nin sərəncamında və nəzarətində olan İran vəsaitləri hesabına ödəniləcək", – deyə Tramp bildirib.
Onun sözlərinə görə, bu qərar İranın vurduğu zərərə adekvat və ədalətli cavab olacaq.
Tehran isə bunu təhlükəli presedent adlandırıb.
"Başqa bir dövlətin aktivlərinin gələcəkdə bununla əlaqəsi olmayan iddiaların ödənilməsi üçün müsadirə edilməsi təxribat xarakterli presedentdir. Bu vəsaitlərdən istifadəni alqışlayan və ya ondan faydalananlar yadda saxlamalıdırlar ki, hökumətlər əmlakın müsadirəsini norma hesab etməyə başladıqdan sonra artıq heç kimin aktivləri təhlükəsiz sayıla bilməz", – deyə İranın XİN rəhbəri Abbas Əraqçi “X” sosial şəbəkəsində yazıb.