Bakı. Trend:
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Bakı vaxtı ilə 02:45-də İrana məxsus hərbi hədəflərə zərbələr endirməyə başlayıb.
Bu barədə CENTCOM-un rəsmi "X" səhifəsində məlumat yayılıb.
"Bu, İranı məsuliyyətə cəlb etmək və İslam İnqilabı Keşikçiləri Korpusunun kommersiya gəmiçiliyi üçün yaratdığı təhdidləri azaltmaq məqsədi daşıyan zərbələrin ardıcıl 13-cü gecəsidir", - deyə məlumatda bildirilir.