Bakı. Trend:
Bu ilin birinci yarısında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4 milyard 953,4 milyon manat olub.
Bu barədə Fond məlumat yayıb.
Məlumata görə, bu göstərici ötən iliin eyni dövrü ilə müqayisədə 789,8 milyon manat və ya 13,7% azdır.
Dövr ərzində ARDNF mənfəət neftinin və qazın satışından 4 milyard 947,6 milyon manat, bonus ödənişləri və tranzit gəlirləri 0,9 milyon manat, akrhesabı ödənişləri 4,9 mln manat gəlir əldə edib.
Sözügedən dövr ərzində ARDNF-yə Azəri-Çıraq-Günəşli (AÇG) yatağından 4 milyard 374,9 milyon manat, Şahdəniz yatağından (qaz və kondensat) isə 437,1 milyon manat məbləğində vəsait daxil olub. Ötən ilin eyni dövrü ilə müqayisədə AÇG-dən Fonda daxilomalar 1,2% azalıb, Şahdənizdən daxilomalar isə 3,3% artıb.