Bakı.Trend:
İtaliyalı aktrisa Ornella Muti Rusiya vətəndaşlığı almaq üçün sənədlərini təqdim edib.
Bu barədə ulduzun qızı, müğənni Naike Rivelli məlumat verib.
“Biz Rusiyada özümüzü həqiqətən evimizdə hiss etmək üçün vətəndaşlıq almaq məqsədilə müraciət etmişik. Rus köklərimiz var və mənşəyimizdən, ailəmizdən, dostlarımızdan imtina edə bilmərik”, – deyə Rivelli bildirib.
Müğənninin sözlərinə görə, o və anası Moskva və ya Sankt-Peterburqda ev almağı da planlaşdırırlar.