Bakı. Trend:
Bu ilin I yarısı üzrə Azərbaycanda fəaliyyət göstərən bankların nizamnamə kapitalının həcmi açıqlanıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilib.
Məlumata görə, nizamnamə kapitalının həcmi ən yüksək olan bank Azərbaycan Beynəlxalq Bankı (ABB) olub. Bankın nizamnamə kapitalının həcmi 1,281 milyard manat təşkil edib.
İkinci sırada 446,599 milyon manat nizamnamə kapitalı ilə "Xalq Bank" dayanıb. Siyahının üçüncü pilləsində isə 378 milyon manat nizamnamə kapitalı ilə "Yelo Bank" qərarlaşıb.
Nizamnamə kapitalının həcmi ən az olan bank isə "Bank of Baku" olub. Bankın nizamnamə kapitalının həcmi 52,870 milyon manat təşkil edib.
Qeyd edək ki, nizamnamə kapitalı bir şirkətin təsis edildiyi zaman səhmdarlar və ya təsisçilər tərəfindən qoyulan və qanunla müəyyən edilən minimum maliyyə vəsaitidir. Bu kapital şirkətin hüquqi şəxs olaraq fəaliyyətə başlamaq və müəyyən öhdəlikləri yerinə yetirmək üçün tələb olunan ilkin vəsaitdir.
Banks
Authorized capital
1
ABB
1,281,271,39
2
Xalq Bank
446,599,51
3
Yelo Bank
378,000,00
4
Pasha Bank
373,170,00
5
VTB Bank
315,815,00
6
Kapital Bank
265,850,00
7
Premium Bank
174,601,00
8
UniBank
138,200,39
9
AccessBank
121,750,00
10
Expressbank
112,545,00
11
Rabita Bank
101,300,08
12
Azer–Turk Bank
100,500,00
13
Turan Bank
100,006,00
14
Bank Respublika
73,961,09
15
Bank Melli Iran
73,611,17
16
Avrasiya Bank
71,800,00
17
AFB Bank
70,393,46
18
ZiraatBank
65,500,00
19
AzersenayeBank
60,000,00
20
YapikrediBank
55,380,70
21
Bank of Baku
52,870,00