Bakı. Trend:
Bu ilin I yarısı üzrə Azərbaycanda fəaliyyət göstərən banklar içərisində aktivlərinin həcmi ən yüksək olan bank Azərbaycan Beynəlxalq Bankı (ABB) olub.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilib.
Məlumata görə, bankın aktivlərinin həcmi 15,304 milyard manat təşkil edib.
İkinci sırada 13,272 milyard manat aktiv ilə "Kapital Bank" dayanıb. Siyahının üçüncü pilləsində isə 9,522 milyard manat aktivləri ilə "PAŞA Bank" qərarlaşıb.
Aktivləri ən aşağı olan bank isə "Bank Melli İran" Bakı filialı olub. Bankın aktivlərinin həcmi 121,532 milyon manat təşkil edib.
Banks
Assets
1
ABB
15,304,532,00
2
Kapital Bank
13,271,814,00
3
Pasha Bank
9,522,354,00
4
Xalq Bank
2,832,273,51
5
Bank Respublika
2,716,924,80
6
Azer–Turk Bank
2,048,267,00
7
UniBank
2,311,376,97
8
Access Bank
1,785,111,00
9
Yelo Bank
1,474,995,21
10
ZiraatBank
1,559,974,00
11
Rabita Bank
1,398,521,64
12
Bank of Baku
1,391,561,63
13
Turan Bank
951,015,00
14
AzersenayeBank
874,524,78
15
YapikrediBank
870,731,72
16
Premium Bank
668,222,00
17
Expressbank
704,970,00
18
AFB Bank
536,916,30
19
VTB Bank
336,851,09
20
Avrasiya Bank
218,528,06
21
Bank Melli Iran
121,531,98