Bakı. Trend:
Fransa millisinin hücumçusu Kilian Mbappe ABŞ, Kanada və Meksikada keçirilən DÇ-2026-nın ən məhsuldar futbolçusu olub.
27 yaşlı hücumçu səkkiz qarşılaşmada 10 qol vurub və dörd məhsuldar ötürmə verib. Mbappe bu göstərici ilə turnirin “Qızıl buts” mükafatına sahib çıxıb.
“Gümüş buts” Argentina millisinin kapitanı Lionel Messiyə təqdim olunub. O, səkkiz oyunda səkkiz qol və dörd məhsuldar ötürmə ilə yadda qalıb.
İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem və Norveç yığmasının hücumçusu Erlinq Holand hərəyə yeddi qol vurublar.
Beləliklə, Mbappe 2022-ci ildən sonra ardıcıl ikinci dəfə dünya çempionatının bombardiri olub. O, dünya çempionatları tarixində iki dəfə “Qızıl buts” qazanan ilk futbolçu kimi tarixə düşüb.
DÇ-2026-nın qalibi İspaniya millisi olub. İspanlar finalda Argentina yığmasını əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək tarixlərində ikinci dəfə dünya çempionu adını qazanıblar. Həlledici qolu Ferran Torres vurub.
İngiltərə millisi isə üçüncü yer uğrunda qarşılaşmada Fransaya 6:4 hesabı ilə qalib gələrək bürünc medal əldə edib.