Bakı. Trend:
Kiyev şəhərinin ballistik raketlərlə vurulması nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinə yaxın ərazilər də raket zərbələrinə məruz qalıb.
Məlumata görə, səfiriyin inzibati binasından 200-250 metr məsafədə dağıntı və yanğın baş verib.
Zərbələrin əsas hədəfi "Lukyanovka" metrostansiyasının ətrafı olub. Stansiyanın giriş hissəsi dağılıb.
Ətrafdakı yaşayış binalarına da ziyan dəyib, avtomobillər yanıb.
Kiyev şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, hava hücumu zamanı 1 nəfər həlak olub, 7 nəfər yaralanıb.