“Otuz iki ildən sonra şuşalıların öz doğma şəhərlərinə qayıdışı tarixi hadisədir. Qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altındakı digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri oldular”.
Bu fikirləri Metbuat.az-a millət vəkili Cavid Osmanov deyib. O bildirib ki, Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində böyük iz buraxıb və bu şəhər xalqımızın əyilməz ruhunun rəmzidir:
"Şuşada böyük infrastruktur layihələri reallaşdırılır. Görülən işlər ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulur. Bu bərpa-yenidənqurma işlərinə dünyanın aparıcı şirkətləri cəlb olunub. Həm Şuşada, həm də artıq inşa edilmiş digər qəsəbə və şəhərlərdə məşğulluq məsələləri də həll olunur, buraya qayıdacaq insanların işlə təmin olunması məsələlərinə də çox diqqətlə baxılır və bu işlər öz həllini tapır. Keçmiş məcburi köçkünlər azad edilmiş ərazilərə əbədi yaşamağa qayıdırlar və bundan sonra Azərbaycan bayrağı bu torpaqlarda əbədi dalğalanacaq”.