Bakı. Trend:
ABŞ-nin sabiq prezidenti Co Bayden prezidentliyi dövrünə həsr olunmuş "Mənə söz ver, Amerika" ("Promise Me, America") adlı kitabının noyabrın 17-də nəşr olunacağını açıqlayıb.
83 yaşlı sabiq dövlət başçısı iyulun 15-də sosial şəbəkə hesablarında paylaşdığı videoda bildirib ki, kitabında Ağ Evdə keçirdiyi dörd il, ölkənin üzləşdiyi çətinliklər, ABŞ-nin bir xalq kimi qarşılaşdığı çağırışlar, prezident kimi qəbul etdiyi qərarlar və onları qəbul etmə səbəblərindən bəhs ediləcək.
ABŞ-ın 46-cı prezidenti kitabında, həmçinin 2024-cü il iyulun 21-də ikinci prezidentlik müddəti uğrunda mübarizədən niyə imtina etdiyini və namizədliyi vitse-prezidenti Kamala Harrisin xeyrinə geri götürməsinin səbəblərini də izah edəcəyini bildirib.
"Mənə söz ver, Amerika" kitabının noyabrın 17-də, ABŞ-da aralıq seçkilərindən bir neçə həftə sonra satışa çıxarılması planlaşdırılır.