Bakı.Trend:
Quba rayonunda azyaşlının suda boğulması ilə nəticələnən bədbəxt hadisə baş verib.
Trend-in məlumatına görə, hadisə iyulun 13-də saat 12 radələrində rayonun Qəçrəş kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini, 2015-ci il təvəllüdlü X.Məmmədov Qudyalçay çayında çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb.
Faktla bağlı araşdırma rayon prokurorluğu tərəfindən aparılır.